Əlifba bayramı

 “Əlifba bayramı” hər bir uşağın həyatında əlamətdar bir hadisədir. Birincilər bu gün həyatda ən vacib addımlardan birini atdılar. Onlar artıq hərfləri tanıyır və sərbəst oxuyurlar.

Bu bayramın keçirilməsi məktəbimizdə mühüm bir hadisədir. “Əlifba bayramı”nın qeyd edilməsi məktəbimizdə gözəl bir ənənəyə çevrilib.

30 mart tarixində məktəbimizdə tədris işləri üzrə direktor müavini G. Vəliyeva, 1Ç sinfinin sinif rəhbəri N. Sultanovanın təşkilatçılığı ilə 1Ç sinfinin “Əlifba bayramı” tədbiri keçirildi.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin sədaları altında başlandı.

Şagirdlər, səslərdən, sözlərdən tutmuş hər bir dərsliyin elmi gücü haqqında, rəqəmlərin əhəmiyyətinə aid bir-birindən maraqlı çıxışlar edirlər.

Sonra sıra "Nağıllar aləmində səyahət"ə verildi. Şagirdlər nağıllardan bir- birindən maraqlı səhnəcikləri canlandırdılar.

Şagirdlərin ifasında rəqslər, şeirlər, mahnılar valideyin və müəllimlər tərəfindən maraqla izlənildi.

Bayram sanki birincilərin nələrə qadir olduqlarının nümayişi idi. Onlar böyük inam və sevinclə müəllim və valideynləri qarşısında çıxış etdilər.

Sonda məktəbimizin direktoru S. Seyidova şagirdləri bu əlamətdar gün münasibəti ilə təbrik edərək onlara gələcək həyatlarında uğurlar, vətənə, ailələrinə layiqli övlad, ölkəmizin adını yüksəklərə qaldıraraq gələcəyin maarifpərvər ziyalılarından olmaqlarını arzu etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi