31 mart - Azərbaycanlıların Soyqırımı günü

Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 100 il ötür.

1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşaqların öldürülməsi ilə nəticələnib.

31 mart - Azərbaycanlıların Soyqırımı günü münasibətilə dünyanın müxtəlif ölkələrində tədbirlər, anım mərasimləri keçirilir.

Azərbaycan prezidenti İlham Əliyev 1918-ci ildə azərbaycanlıların soyqırımının 100 illiyi haqqında sərəncam imzalayıb.

Məktəbimizin təlim tərbiyə işləri üzrə director müavini S. İsmayılova, tarix müəllimi M. Quliyeva və kitabxana müdiri M. Məmmədovanın təşkilatçılığı ilə 30 mart tarixində məktəbimizin kitabxanasında 31 mart - Azərbaycanlıların Soyqırımı günü münasibətilə dəyirmi masa təşkil olundu. Tədbirdə IX sinif şagirdləri iştirak edirdilər.

Tədbirdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımızın ağır məhrumiyyətlərə və zülmlərə məruz qalmasından, azərbaycanlıların öz qədim torpaqlarından, ata-baba yurdlarından qovulmasından, onların deportasiyası prosesinin məqsədyönlü şəkildə həyata keçirilməsidən danışıldı.

1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlardan 100 il ötməsinə baxmayaraq, bu vəhşiliklər xalqın qan yaddaşından silinmir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi