Piyada hərəkət iştirakçısıdır
Məktəbyaşlı uşaqların, yol hərəkəti qaydalarını öyrənmələri ilk növbədə onları əhatə edən mühitə düzgün münasibətin formalaşmasına xidmət edir. Uşaqlar küçə və yollarda bir növ sərbəst olur və təbiidir ki, onların hərəkətlərinə nə valideynlər, nə də müəllimlər nəzarət edə bilirlər. Odur ki, uşaqların yol hərəkəti qaydaların bilmələri və küçədə ona əməl etməklə intizamlı olmaları çox vacibdir.
Yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, uşaqların hadisələrdə zərər çəkmələri onların davranışından asılıdır. Məktəblərdə yol hərəkəti qaydalarının öyrədilməsi uşaqların küçədə intizamlı olmalarına və bədbəxt hadisələrin azalmasına kömək edə bilər.
İbtidai sinif şagirdlərinə yollarda təhlükəsiz davranma vərdişlərinin aşılanması, yol hərəkəti qaydalarının öyrədilməsi, uşaqları yol nəqliyyat hadisələrindən yayındırmaq və qeyd olunan istiqamətdə onları məlumatlandırmaq məqsədi ilə Nərimanov PPİ- nin YYÇ PİTB- nın və DYPŞ- nın əməkdaşladı tərəfindən birgə hazırlanmış “Piyada hərəkət iştirakçısıdır” adlı xüsusi mövzu əsasında maarifləndirici məşğələ keçirilmişdir.
Bununla əlaqədar şagirdlərə yol hərəkəti qaydalarında olan əsas terminlər və anlayışlar izah olundu. Eyni zamanda şagirdlər hərəkəti nizamlayan texniki vasitələrin tətbiqi, yol nişanları, yol hərəkəti iştirakçılarının qarşılıqlı əlaqələri və intizamı, yol ayrıclarının keçilməsi qaydaları, düzülüş, ötüb keçmə, dayanma, gözləmə qaydaları ilə də tanış oldular.