Elimizə bahar gəlir

Bütün xalqlar qışın gedişini və yazın gəlişini müxtəlif mərasimlərlə qeyd edirlər. 
Bu gün məktəbimizin ibtidai sinif müəllimi Anna Yerşovanın təşkilatçılığı ilə 2ç sinif şagirdlərinin hazırladığı müxtəlif xalqların yazın gəlişini necə qarşılamasını özündə əks etdirən tədbir keçirildi.
            Ulu babalarıımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən Novruz bayramı tədbirin əsasını təşkil etdi. 
Azərbaycan dünyanın multikulturalizm, tolerantlıq mərkəzlərindən biridir, burada yaşayan xalqların adət- ənənələrinə həmişə hörmətlə yanaşılır. Şagirdlərimizin hazırladıqları səhnəciklər bunu bir daha sübut etdi.

            Sonda məktəbimizin direktoru Sədaqət Seyidova tədbir haqqında öz fikirlərini bildirdi və tədbir iştirakçılarının qarşıdan gələn Novruz bayramlarını təbrik etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi