Novuz bayramınız mübarək

Qədim tarixə malik Novruz bayramı əcdadlarımızın bizə tövhəsidir. Hər il xalqımız tərəfindən bu bayram böyük təntənə ilə qeyd olunur. Novruz baharın ilk günü, təbiətin canlanması, torpağın ayılması bayramıdır. Bu bayram özündə paklığı, mühüm insani dəyərləri tərənnüm edir. Novruz xalqımızın milli həmrəyliyinin rəmzidir. Varlığın yenidən canlanmasını müjdələyən Novruz əsrlər boyu həm də insanlarımızı işıqlı sabaha, xoşbəxt gələcəyə aparır.

Bu bayram münasibətilə məktəbimizdə “Novruz bayramınız mübarək” adlı tədbir keçirildi. Tədbirdə V, VI, VIII sinif şagirdləri iştirak etdilər. Novruz adət və ənənələrinə həsr olunmuş səhnəciklər göstərildi, şeirlər söylənildi, mahnılar oxundu, rəqslər ifa olundu.

“Dədə Qorqud” filmində Dədə Qorqudun verdiyi xeyirli məsləhət ilə tədbir başa çatdı.

Novruz bayramınız mübarək!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi