İməcilik
Novruz bayramı ərəfəsində keçirilən ikinci çərşənbə-od çərşənbəsidir.
Atəş, türk xalqlarında müqəddəsliyi, saflığı qoruyan varlıqlardan biridir. Qədim zamanlardan atəş ocağın, ocaq da evin, soyun davamını təmsil edir.
Bu gün məktəbimizin müəllim və şagird kollektivi bir ailə kimi evimizdə- məktəbimizdə od çərşənbəsinin saflıq, təmizlik prinsipinə sadiq qalaraq iməcilik keçirdilər.
İməcilikdə məktəbin həyətində təmizlik işləri görüldü, ağaclar budandı, məktəbin həyətinə yeni güllər əkildi.