Açıq dərs

26 fevral tarixində  məktəbimizin 5c sinfində “Xocalı soyqırımı” mövzusunda açıq dərs keçirildi.

Dərsin təşkilatçısı tarix müəllimi Paşayeva Yeganə

Dərsin motivasiyası təbii fəlakət, zəlzələ, vulkan, sel və müharibələrin müqayisəsi ilə başladı.

BİBÖ üsulu ilə Xocalı faciəsi haqqında ilkin biliklər ortaya çıxdı və buna əsasən

Tədqiqat sualı çıxarıldı: Xocalı faciəsi  nə üçün soyqırım hesab olunur?

Qrup işlərində faciənin mahiyyəti, Çingiz Mustafayevin Xocalı faciəsinin dünyada tanınmasında rolu, Əlif Hacıyevin, Tofiq Hüseynovun qəhrəmanlığı, Soyqırımı qurbanlarını daim yad edən, şəhidlərin xatirəsini əziz tutan ümummilli lider Heydər Əliyevin 1998-ci il fevralın 25-də "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" imzaladığı fərman müzakirə edildi.

Dərsin ümumiləşdirmə hissəsində müəllim Xocalıya ədalət kompaniyası, Ana harayı heykəli və dinc yürüş haqqında şagirdlərlə müzakirə apardı.

Mövzunun yekun mərhələsində BiBÖ üsulunun tətbiqi ilə əvvəlki və yeni biliklər arasında əlaqə yaradılır.

Yaradıcı tətbiqetmə hissəsində 20 yanvar və Xocalı faciəsi müqayisə olundu.

Müəllim şagirdlərə “Balaca Xocalı sakininin dünyaya məktubu” mövzusunda esse yazmaq tapşırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi