Xocalı soyqırımı

Bu gün məktəbimizin kitabxanasında Tədris işləri üzrə direktor müavini İradə Səfərova, tarix müəllimi Firəngül Əliyeva və VI- VII sinif şagirdlərinin iştirakı ilə Xocalı soyqırımına həsr olunmuş “Dəyirmi masa”  təşkil olunub

“Dəyirmi masa” iştirakçıları əvvəlcə Xocalıda soyqırıma məruz qalmış soydaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

“Dəyirmi masa”nı giriş sözü ilə açan məktəbimizin tarix müəllimi Firəngül Əliyeva dedi:

– XX əsrin sonlarına doğru Azərbaycan xalqının tarixində çox faciələr baş verib. Ermənilərin Azərbaycana qarşı əsassız ərazi iddialarının açıq müstəviyə keçdiyi 80-ci illərin sonlarında, müstəqilliyimizin ilk illərində xarici və daxili qüvvələr xalqımızı dəfələrlə ağır sınaqlara məruz qoyublar. Təəssüf ki, bəzən bu sınaqlar dinc insanların məhvinə səbəb olub. Ermənilərin havadarları və müstəqil dövlətimizin olmasını qəbul edə bilməyən məkrli dairələr bununla xalqımızı öz yolundan çəkindirməyə cəhd göstəriblər.

Ermənilər sovet hərbi birləşməsinin köməyi ilə Xocalı sakinlərinə vəhşicəsinə divan tutdular. Əliyalın insanlar, körpələr, qadınlar düşmən qarşısında müdafiəsiz qaldılar, qətliam edildilər. XX əsrin ən böyük faciəsinə imza atan ermənilər 613 nəfər dinc azərbaycanlını qətlə yetirdilər

1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın tələb və istəyi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra həyata keçirdiyi ilk işlərdən biri Xocalı soyqırımının araşdırılmasından və bu hadisəyə hüquqi-siyasi qiymətin verilməsindən ibarət oldu. Dahi lider Azərbaycan ətrafındakı informasiya blokadasını dağıda bildi. Həmin vaxta qədər dünya Azərbaycanı o qədər də tanımırdı. Erməni lobbisi isə hər yerdə xalqımızı “vəhşi, qaniçən” kimi qələmə verir, erməniləri isə “məzlum, zülmə məruz qalmış” xalq kimi təqdim edirdi. Ulu öndərin ölkəyə rəhbərlik etməsindən sonra erməni təbliğatının qarşısının alınması istiqamətində çox mühüm və ardıcıl işlər görüldü, erməni yalanlarının qarşısı alındı”.

Bu gün Azərbaycan rəhbərliyinin həyata keçirdiyi fəaliyyətin ən mühüm istiqamətlərindən biri ermənilərin dünyada ifşasıdır.

Ulu öndər Heydər Əliyev Xocalı soyqırımı haqqında həqiqətin beynəlxalq aləmə çatdırılmasının vacibliyini dəfələrlə vurğulamışdır. Qeyd etmək lazımdır ki, bu istiqamətdə Heydər Əliyev Fondu dəyərli layihələr həyata keçirir. Mehriban Əliyevanın rəhbərliyi ilə fond tərəfindən Xocalı soyqırımı ilə bağlı müxtəlif ədəbiyyat nəşr edilmişdir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası bu hadisə haqqında reallığın dünyaya çatdırılmasında böyük əhəmiyyət kəsb edir”.

Tədris işləri üzrə direktor müavini İradə Səfərova bildirdi ki, ilin bəzi təqvim günləri xalqımız üçün qara hərflərlə yazılan tarixi faciələrlə xatırlanır. Belə tarixlərdən biri də 26 fevral Xocalı Soyqırımı Günüdür. Tariximizi unutmamaq, unudulmasına da imkan verməmək gənc nəslin borcudur.

“Dəyirmi masa” qarşılıqlı diskussiya şəraitində davam etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi