Sağlam həyat tərzi

    Bu gün məktəbimizdə “Sağlam həyat tərzi” mövzusunda tədbir keçirilib. Tədbirdə məktəbimizin biologiya müəllimləri İmanova Könül, Məcnunova Aytən, Bənnayeva Şəlalə və VII- IX sinif şagirdləri iştirak ediblər.

    Tədbiri giriş sözü ilə məktəbin Biologiya müəllimi Ş. Bənnayeva açaraq bildirib ki, hər bir kəs, xüsusən də gənclər sağlam həyat tərzinə üstünlük verməli, zərərli vərdişlərdən uzaq durmalıdır. Ş. Bənnayeva qeyd edib ki, tibb elmi nə qədər inkişaf etsə də bütün xəstəliklərdən insanları xilas edə bilməz. Onun sözlərinə görə, insan öz sağlamlığının yaradıcısıdır və bu sağlamlıq uğrunda daim mübarizə aparmalıdır.

    K. İmanova tədbirdəki gənclərə səslənərək bildirib ki, sağlamlığı qorumaq üçün erkən yaşlardan düzgün həyat tərzi sürmək, bədən tərbiyəsi və idmanla məşğul olmaq, bədəni möhkəmləndirmək, şəxsi gigiyena normalarına riayət etmək, müxtəlif emosiyaları cilovlamağı bacarmaq lazımdır. Bununla yanaşı, alkoqol və narkotiklərdən istifadə etməmək, siqaret çəkməmək, düzgün qidalanmaq, yəni düşünülmüş şəkildə sağlamlığın əsl harmoniyasına nail olmaq gərəkdir.

    A. Məcnunova şagirdləri maraqlandıran bütün sualları ətraflı cavablandırdı.

    Tədbirdə həmçinin şagirdlər tərəfindən hazırlanmış nümayiş edilən videoçarxlar və çıxışlar maraqla qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi