"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiya

Bu gün məktəbimizin IV sinif şagirdləri Təhsil Nazirliyi və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Bakı şəhərindəki ümumtəhsil məktəbləri şagirdləri üçün təşkil edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiyanın iştirakçısı olublar.

Ekskursiyada şagirdlərə Qız Qalası haqqında ümumi məlumat verilib və onlar qalanın daxilində yeni yaradılmış müasir muzey ekspozisiyası ilə tanış olublar. Daha sonra Sıratağlı Dini-Memarlıq Kompleksi, Buxara və Multanı Karvansaraları, habelə Qoşa Qala Qapıları və Qala divarları ilə tanış olan şagirdlərə bu abilədərin ilkin təyinatı, memarlıq üslubu izah olunub. Şərq memarlığının əvəzsiz nümunələrindən biri olan Şirvanşahlar Sarayı Kompleksi də məktəblilərin xüsusi marağına səbəb olub.

Ekskursiyada, həmçinin maddi-mədəni irsimiz və tarixi abidələrimizlə bağlı şagirdləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.

Məktəblilər tərəfindən böyük maraqla qarşılanan bu cür ekskursiyalar təlimin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin potensial imkanlarının üzə çıxarılması, məktəblilərin milli-mənəvi dəyərlərimizə hörmət və vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət kəsb edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi