21 fevral bütün dünyada Beynəlxalq Ana dili Günü kimi qeyd olunur
Dil ünsiyyət vasitəsidir. Onunla qürur duymaq, onu inkişaf etdirmək hər bir Azərbaycan vətəndaşının borcudur.
Dil xalqın varlığının təzahürü, onun milli sərvəti, qan yaddaşıdır.
Bu gün N.Nərimanov rayonu 207 nömrəli məktəbdə Ana Dili Günü münasibətilə, “Ana dilimizi qoruyaq, inkişaf etdirək” ədəbii-bədii tədbir keçirildi. Tədbirdə məktəbin müəllim şagird kollektivi iştirak etdi. Ədəbi əsərlərdən C. Məmmədquluzadənin “Anamın kitab”, H. Cavidin “İblis “, C. Cabbarlının “Oqtay Eloğlu“, ” Od gəlini“ əsərlərindən parçalar və monoloqlar ifa edildi.
M. Arazın, X. R. Ulutürkün, B. Vahabzadənin ana dilinə həsr olunmuş şeirləri şagirdlər tərəfindən məharətlə səsləndirildi. Ana dilimizin inkişafı Ulu Öndər Heydər Əliyevin bu sahədə apardığı siyasətin nəticəsi olaraq bu gün də davam edir.
Gəlin bu dili sevək, qoruyaq, inkişaf etdirək.