Molla Pənah Vaqifin 300 illik yubileyi

Bu gün məktəbimizdə Molla Pənah Vaqifin 300 illik yubileyi ilə əlaqədar ədəbi- bədii gecə keçirildi.

Tədbir Vaqifin “Görmədim“ müxəmməsi ilə başladı. Erməni faşistlərinin dağıtdıqları tarixi abidələrimizin, Şuşamızın ürəkgöynədən səhnələri hamını kövrəltdi.

Ədəbi məktəb yaratmış ölməz sənətkarın poeziya nümunələrindən qəzəl, təcnis, müxəmməs, məsnəvi və qoşmaları şagirdlər tərəfindən məharətlə ifa edildi.Şagirdlərin təqdimatında Vaqifin dildən- dilə düşən Vidadi ilə deyişmələri, şagirdlərin ifa etdikləri rəqslər tədbirə xüsusi gözəllik verdi.Səməd Vurğunun yazdığı dahi sənətkarın həyatını əks etdirən “Vaqif“ dramından səhnələr nümayiş etdirildi.V, IX, X, XI sinif şagirdlərinin ifaları alqışlandı. XI sinif şagirdi Rzazadə Nadirin yaratdığı Vaqif obrazı bütün tədbir tamaşaçıları tərəfindən xüsusilə alqışlandı.

Tədbirdə Ulu öndərimizin sayəsində Şuşada şairin şərəfinə ucaldılmış məqbərəni əks etdirən videoçarx nümayiş etdirildi. Məktəbin xor kollektivi tərəfindən ifa olunan “Azərbaycan Bayrağı“ mahnısının sədaları altında tədbir nikbin notlarla yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi