Ulu Öndər Heydər Əliyevin anım günü

Bu gün məktəbimizdə Ulu Öndərimiz Heydər Əliyevin anım günü keçirildi. Şagirdlər ümummilli liderimizi bir dəqiqəlik sükutla yad etdilər və daha sonra himn oxundu.

Tədbir boyu dahi insan Heydər Əliyev haqqında sənədli film nümayiş etdirildi, şagirdlər şeirlər səsləndirdilər. Məktəbimizdə fəaliyyət göstərən xor dərnəyinin üzvləri dahi liderə həsr olunmuş mahnılar oxudular.

Sonda ümummilli liderin S. Vurğunun “Azərbaycan” şeirini səsləndirdiyi videoçarx nümayiş etdirildi. Onun qəlbdən gələn sevgi ilə söylədiyi şeir parçası belə Ulu Öndərimizin daima xalqına, vətəninə bağlı olduğunu, ona dəyər verdiyini və həyatı boyu ona sədaqətlə qulluq etdiyini bir daha sübut etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi