Gənclərin peşə seçimində valideyinlərin rolu

29 noyabr tarixində məktəbimizin akt zalında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və Nərimanov rayon Məşğulluq mərkəzinin əməkdaşlarının iştirakı ilə “Gənclərin peşə seçimində valideyinlərin rolu” mövzusunda maarifləndirici tədbir keçirildi.

Tədbirdə IX, X, XI sinif şagirdləri, onların valideyinləri və müəlimlər iştirak edirdi.

“Təhsilin İnnovativ İnkişafı” mərkəzinin psixoloqu Aygül Məmmədova təqdimatla çıxış edərək mövzu ətrafında tədbir iştirakçılarına ölkəmizin əmək bazarında baş verən proseslər, işə götürənlərin peşə və ixtisaslara olan tələbləri barədə ətraflı məlumat verərək təlimatlandırdı. Məşğulluq xidmətlərinin fəaliyyət istiqamətləri, peşə hazırlığı və əlavə təhsil kursları, digər aktiv məşğulluq tədbirləri haqqında iştirakçılara geniş məlumat verildi.

Tədbir valideyinlər və şagirdlərin böyük marağına səbəb oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi