Gənc fiziklərin yaradıcılıq müsabiqəsi
23 noyabr tarixində S. Yolçuyev adına 207 nömrəli məktəbdə “Gənc fiziklərin yaradıcılıq müsabiqəsi”nin I mərhələsi keçirildi. Müsabiqədə məktəbin IX, X və XI sinif şagirdləri öz bilik və bacarıqlarını nümayiş etdirdilər.
İki akademik saat ərzində iştirakçılar ümumtəhsil və uşaq gənclər inkişaf mərkəzlərinin proqramına uyğun olaraq 30 sualdan ibarət testi və 2 məsələni yerinə yetirdilər.
Ən yaxşı nəticə göstərən üç nəfər şagirdin təmsil edəcəyi məktəb komandası haqqında məlumat növbəti turda iştirak etmək üçün 57 nömrəli məktəbə göndərildi.