Uşaq hüquqları aylığı

2 Noyabr 2017- ci il tarixində Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Konvensiyasının Azərbaycan Respublikasında radifikasiya edilməsinin 25- ci ildönümü ilə əlaqədar “Uşaq hüquqları aylığı” çərçivəsində 207 nömrəli tam orta məktəbin kitabxanasında Dəyirmi masa təşkil olundu. Məktəbin 9c sinfi ilə birlikdə təşkil olunmuş Dəyirmi masada şagirdlər “Uşaq hüquqları” barədə geniş məlumatlar verdilər. Şagirdlər xüsusi fəallıqla bu müzakirədə iştirak edərək uşaqlara aid olan hüquqları bir daha nəzərdən keçirdilər. Keçirilmiş Dəyirmi masada məktəbimizin tərbiyə işləri üzrə direktor müavini, məktəbin psixoloqu və UBR də iştirak edirdilər. Şagirdlərdən Ələkbərzadə Aydan, Ələkbərova Lalə, Muxtarova Aygül, Həmidov Sadiq, Yaqubova Fatimə, Rüstəmov Məhəmməd xüsusi fəallıq göstərdilər. Onlar Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 20 noyabr 1989- cu il tarixində Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilməsi və 193 ölkə tərəfindən təsdiq edilməsi barədə ətraflı məlumat verdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi