Bir kərə yüksələn Bayraq bir daha enməz!

3 noyabr 2017- ci il tarixində 207 saylı məktəbin kitabxanasında Dəyirmi masa təşkil olundu. 8a sinfi ilə bərabər təşkil olunan dəyirmi masada 9 Noyabr Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq müzakirələr aparıldı. Dövlət himni ilə açılış edildikdən sonra məktəbin tarix müəllimi Məlahət Quliyeva bayrağımızın tarixi ilə bağlı maraqlı məlumatları iştirakçılarla bölüşdü. 8a sinfinin şagirdləri bayrağımızla bağlı hazırladıqları çıxışları nümayiş etdirdilər, şeirlər söylədilər. Dəyirmi masada məktəbimizin təlim- tərbiyə işləri üzrə direktor müavini və məktəbin psixoloqu da iştirak edirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi