Azərbaycan Respublikasının Konstitusiya günü

Torpaqlarımız talansa da, zəbt edilsə də, parçalansa da müstəqillik əldə edə bildik. Bu hər dövlətə, hər millətə nəsib olmur. 1918- ci il mayın 28 –də Azərbaycan ilk dövlət müstəqilliyini əldə edərək Şərqdə ilk Demokratik Respublikasının yarandığı ölkə kimi tarixə düşmüşdür. Azərbaycan Xalq Cümhuriyyəti dövüründə ölkəmizin Konstitusiyası qəbul edilməsə də, 1918- ci il mayın 28 –də Tiflisdə Milli Şuranın qəbul etdiyi “İstiqlal bəyannaməsi” konstitusiyanı əvəz etmişdir. Uzun müzakirələr zamanı edilən təkliflər nəzərə alınaraq, 5 bölmə, 12 fəsil, 158 maddə və 12 keçid müddəalardan ibarət yekun layihə 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsinə təqdim edildi və xalqın yekdil razılığı ilə müstəqil Azərbaycan Respublikası Konstitusiyası qüvvəyə mindi. Bu gün Azərbaycan dövlətçilik tarixində xüsusi yer tutan tarixi hadisədir. Məktəbimizin tarix müəllimi Məlahət Quliyeva bu tarixi günlə əlaqədar çıxış etdi. Ümummilli liderimiz Heydər Əliyevin əvəzsiz xidmətlərindən söhbət açdı. Aparıcılar Həsənzadə Nərmin və Əliyeva Lalə şagirdləri bir daha Azərbaycanın tarixi keçmişi ilə bağlı faktlarla məlumatlandırdılar. Azərbaycan Respublikasının Prezidenti, Ali baş Komandanımız İlham Əliyevin başçılığı ilə işğal olunmuş torpaqlarımız ordumuz tərəfindən azad olunacaq, bayrağımız Qarabağda dalğalanacaq. Şagirdlər vətənə, bayrağımıza, müstəqilliyimizə həsr edilən şeirlər söylədilər. Məmmədli Səməndərin, Yüzbaşova Fidanın, İbrahimova Xədicənin, Fəttahova Cəmilənin, Rəşidova Nərminin, Zeynallı Zeybənin və Əliyeva Lalənin ifası şagird və müəllimlər tərəfindən alqışlandı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi