Müstəqilliyimiz əbədidir

Müstəqilliyimizin bərpa edilməsindən 26 il ötür. Hər bir ölkə üçün ən önəmli bayram Müstəqillik əldə edilməsi günüdür. Çünki hər şey müstəqillik, müdafiə, iqtisadiyyat, azadlıq və bu cür məfhumlardan asılıdır. Dünyada elə ölkələr də vardır ki, onların heç müstəqillik günü yoxdur. Tale elə gətirdi ki, Azərbaycan xalqı bir əsrdə iki dəfə müstəqillik əldə etmək və özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Bizlər də dövlətimizin müstəqilliyini qorumaq və onun daha da böyük nailiyyətlər əldə etməsi üçün əlimizdən gələni etməliyik. Çünki bu bizim vətəndaşlıq borcumuzdur. Bu məqsədlə 18. 10. 2017- ci il tarixində məktəbimizdə “Müstəqilliyimiz əbədidir” adlı bədii gecə keçirildi. Tədbirdə XI, X, VIII, VI və V sinif şagirdləri iştirak edirdi. Tədbir Azərbaycan Dövlət himni ilə başladı, şeir və musiqi nömrələri ilə davam etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi