18 Oktyabr Müstəqillik Günü

Bu gün məktəb kitabxanasında Müstəqillik Günü münasibətilə Dəyirmi masa keçirildi. Tədbir Azərbaycan himninin səslənməsi ilə başlandı. Dəyirmi masada məktəbin tarix müəllimi Quliyeva Məlahət və 9b sinfinin şagirdləri iştirak etdilər. Şagirdlər müstəqilliyimizin tarixi köklərindən söhbət açaraq onu müasir dövrümüzlə əlaqələndirdilər. Hər il 18 Oktyabrda Azərbaycan xalqı bu günü iftixarla qeyd edir. Məktəbin tərbiyəvi işlər üzrə direktor müavini İsmayılova Sədaqət çıxış edərək şagirdlərə bu şərəfli günün heç də asanlıqla əldə edilmədiyindən, tarixi çətinliklərindən söz açdı. Şagirdlər Dəyirmi masada fəal iştirak etdilər. Feyzullayev Fərəh, Oruclu Fərid, Cəfərli Baloğlan öz fikrlərini bildirdilər. Kitabxana müdiri Məmmədova Məlahət şagirdlərin fikirlərinə öz münasibətini bildirdi, onları gələcəkdə dövlət müstəqilliyimizi qorumaq üçün yaxşı oxumağa, təhsilli Azərbaycan vətəndaşı olmağa çağırdı. Dəyirmi masa Ulu öndərimiz Heydər Əliyevin çıxış etdiyi videogörüntü ilə son çatdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi