5 Oktyabr “Müəllimlər Günü”nə həsr olunmuş tədbir

6 Oktyabr 2017- ci il tarixində məktəbimizdə Məktəb Həmkarlar Təşkilatının dəstəyi ilə “Müəllimlər günü” münasibətilə çox gözəl bir tədbir keçirildi. Tədbirdə il ərzində 50, 55 və 60 yaşı tamam olmuş müəllimlər təbrik edildilər. Müəllimlər hər biri ürək sözlərini dilə gətirdilər. Onlar üçün yaradılmış yaxşı iş şəraitlərinə, avadanlıqlarla təchiz olunmuş laboratoriya və fənn kabinetlərinə görə təhsilə dəyər verən Ölkə Başçısı cənab İlham Əliyevə və Birinci Vitse Prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirdilər.Tədbirin bədii hissəsində şagirdlərin hazırladıqları “Müəllimlər günü”nə həsr olunmuş videçarx müəllimlər tərəfindən xüsusi rəğbətlə qarşılandı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi