UŞAQ HÜQUQLARI

İnsan hüquqlarına hörmət cəmiyyətin öz uşaqlarına münasibətindən başlayır. Uşaqlar fiziki və psixoloji cəhətdən müdafiəsiz və zəif olduqlarından onların xüsusi qayğı və münasibətə ehtiyacı var. Uşaq hüquqlarının qorunmasında birinci dərəcəli məsuliyyət ailənin üzərinə düşür. Bu Azərbaycan Respublikası Ailə Məcəlləsinin 51 maddəsində öz əksini tapmışdır. Azərbaycan Respublikasının 17 maddəsi göstərir ki, uşaqların qayğısına qalmaq, onları müdafiə etrmək ailənin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.XX əsrdə uşaqlar daha çox təcavüz, zorakılıq, irqi ayrı-seçkilik, deportasiya və soyqırımlara məruz qalmışlar. Bu əsrdə baş verən iki dünya müharibəsi, lokal müharibələr yüz minlərlə uşağı valideyn himayəsindən məhrum etmiş, onların həyatına son qoymuş, adi insani hüquqlarını kobudcasına pozmuşdur. Uşaqların hüququnu qorumaq üçün ilk təşəbbüs 1924 ildə Mİllətlər Cəmiyyəti tərəfindən 5 əsas prinsipdən ibarət bəyannamə oldu. Bu sənəd Cenevrə bəyannaməsi adlanır. 1959 ildə BMT Baş Məclisi “Uşaq Hüquqları Bəyannaməsini” qəbul etdi. Lakin bu bəyannamənin hüquqi qüvvəsi və nəzarət mexanizmi yox idi. Bu sənəd dövlətlərin üzərinə məsuliyyət və öhdəlik qoymurdu.Konvensiyada hüquqlar müəyyən əlamətlətə görə qruplaşdırılmamışdır. Lakin şərti olaraq onları 4 qrupa bölmək olar:- I qrup: yaşamaq hüququ.- II qrup: inkişaf hüququ.- III qrup: müdafiə hüququ.- IV qrup: İştirak hüququ.Uşaq Hüquqları ilə bağlı məktəbimizdə UBR Tağıyeva Nərmin tərəfindən divar qəzeti hazırlandı,məktəbin təlim tərbiyə işləri üzrə müavini Sədaqət İsmayılova uşaqlarla birlikdə dəyirmi masa etrafında Uşaq Hüquqlarının qorunmasını müzkirə etdilər. Uşaqların sualarına məktəbin tarix müəlimi Məlahət Quliyeva cavab verdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi