“MÜSTƏQİLLİYİMİZ ƏBƏDİDİR”

Müstəqilliyimizin bərpa edilməsindən 24il ötür. Hər bir ölkə üçün ən önəmli bayram Müstəqillik əldə edilməsi günüdür. Çünki hər şey, millətçilik, müdafiə, iqtisadiyyat, azadlıq və bu cür digər vacib məfhumlar müstəqillikdən, istiqlaliyyətdən aslıdır. Tale ele gətirdi ki, bir əsrdə 2 dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı Azərbaycan xalqı.“Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması onun əldə edilməsindən qat – qat ağır və mürəkkəbdir. Biz çox maneələrlə rastlaşdıq. Ancaq xalqımız öz iradəsini əzmini daim nümayiş etdirdi.Bütün maneələrə, müstəqilliyimizin əlimizdən alınmasına, onun məhv edilməsinə yönəldilmiş cəhdlərin hamısına qarşı xalqımız mütəşəkkil çıxış etdi, birliyi, özünün iradəsini göstərdi. Biz dövlət müstəqilliyimizi yaşatdıq, ilbəil inkişaf etdirdik. Xalq gərək özü öz dövlətinin, torpaqlarını qoruya”. Ümummilli Liderimiz Heydər Əliyev.Müstəqillik günü ilə bağlı məktəbimizin işiqlı və geniş akt zalında “Müstəqilliyimiz əbədidir” adlı ədəbi – bədii gecə keçirildi. Himnimiz səsləndi. Xor dərnəyinin üzvlərinin ifasında “Torpağın səsi”, “Azərbaycan”, “Ölkəm” mahnıları oxundu. Əliyeva Jalə, Hacılı Fidan, Yüzbaşova Fidan, Rəşidova Nərmin, Zeynallı Zeybə, Babazadə Lütvina, İbrahimova Xədicənin ifasında X. R. Ulutürkün, C.Cabbarlının, M.Arazın, B. Vahabzadənin şeirləri səsləndirildi. Şagirdlərin gözəl rəqsi tamaşaçılar tərəfindən alqışlandı. “Cəngi”, “Koroğlu” uverturası sədaları altında bayrağımız dalğalandırıldı. “Babək” bədii filimindən kadrlar verildi. Aparıcılar Emil Muradzadə və Fidan Hacılı Azərbaycanın işğal olunmuş torpaqlarının Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə ordumuz tərəfindən alınacağı haqqında şagirdlərə məlumat verdilər.“Azərbaycanın güclü ordusu var, düşmən xalqımızın birliyi, gücü və qüvvəti qarşısında acizdir”. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi