15 Sentyabr Bilik Günü
Bu gün N. Nərimanov rayonu 207 saylı tam orta məktəbdə bilik günü ilə bağlı tədbir keçirildi. Tədbirdə N. Nərimanov rayonu İcra Hakimiyyətinin nümayəndəsi Vəfadar Zeynalov, 670 bal toplamış Qurbanov Rəfailin valideyini Qurbanova Afiət xanım, məktəbin valideyin komitəsinin sədri Qurbanova Xatirə xanım iştirak edirdilər. Məktəbin direktoru Sədaqət Seyidova çıxış edərək məktəbə ilk dəfə qədəm qoyan birinciləri salamladı və həmçinin 2016- 2017- ci tədris ilində qazanılan uğurlardan danışdı. Tədbirdə şagirdlər maraqlı çıxışlar nümayiş etdirdilər. Bu il ilk dəfə məktəbə qədəm qoyan birincilərin ifa etdiyi şeirlər tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.Tədbirdə vətənpərvərlik mövzusuna geniş yer verildi. Şagirdlərin ifa etdiyi milli rəqslər tədbirimizi daha da rəngarəng etdi. Tədbirin sonunda 2017- 2018 - ci tədris ilinin ilk zəngi vuruldu. Mahnı sədaları altında birincilər sinif otaqlarına daxil oldular.