“Uşaqlar bizim gələcəyimizdir”

1-iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı məktəbimizdə tədbir keçirildi. “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbirdə müstəqil Azərbaycan dövlətinin uşaqlara olan diqqət və qayğısı xüsusi qeyd olundu. Ölkəmizin gələcəyi onların əlindədir, uşaqları müdafiə etmək hər kəsin borcudur. Gələcəyimizin möhkəm və sağlam təməllər üzərində qurulması üçün uşaqlarımızın hüquqlarını qoruyaq, onların təhsil və tərbiyəsinə, sağlamlığına diqqət yetirək. Tədbirdə şagirdlərin hazırladıqları kompozisiyalar, mahnılar, şeirlər, rəqslər və səhnəciklər tədbir iştirakçılarında xoş əhval –ruhiyyə yaratdı. Sonda bayram münasibəti ilə məktəbin direktoru Sədaqət Seyidova uşaqları təbrik etdi. Onlara xoşbəxt və firavan gələcək arzuladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi