“Ölkəmizdə uşaqların hüquqları necə dəstəklənir?” mövzusunda dəyirmi masa keçirildi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-i ölkədə “İnsan Hüquqları Günü” kimi qeyd olunur.Hər il olduğu kimi, bu il də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək respublikamızda “İnsan Hüquqları Aylığı” elan edilir.Aylıq çərçivəsində məktəbimizin kitabxanasında tarix müəllimi Məlahət Quliyeva onuncu sinif şagirdləri ilə birlikdə “Ölkəmizdə uşaqların hüquqları necə dəstəklənir?” mövzusunda dəyirmi masa keçirdi.Məruzəçi öz çıxışında qeyd etdi ki, demokratik dövlət olan respublikamızda Uşaq Hüquqları haqqında konsepsiyaya ciddi riayət edilir və bu ölkə başçısının birbaşa nəzarətindədir. Uşaqlara qayğı və onların hüquqlarının qorunması Heydər Əliyev fondunun da xüsusi diqqət mərkəzindədir.Tarix müəllimi Məlahət Quliyevanın geniş və hərtərəfli çıxışı şagirdlər tərəfindən maraqla qarşılandı. Tədbir uşaqların maraqlı sualları və muhakimələri ilə daha maraqlı oldu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi