“Certificate of Excellence Teacher Trainer”

Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində İngilis dilində “Danışıq klubları”nın yaradılması layihəsi çərçivəsində təlim keçən müəllimlərə sertifikatlar verilib. Məktəbimizin qabaqcıl və fəal ingilis dili müəllimi Rzayeva Reyhan həmin tədbirdə iştirak etmişdir “Certificate of Excellence Teacher Trainer” (Yüksək dərəcəli müəllim, trener) adına layiq görülmüşdür. Təltif olunma mərasiminə Amerikanın Azərbaycandakı səfirliyinin “British Council” təşkilatının əməkdaşları, Təlimə Dəstək mərkəzinin xarici dillər bölməsinin mentorları, təlim keçən müəllimlər və danışıq klublarında iştirak edən şagirdlər qatılıblar. Tədbirdə çıxış edənlər cari tədris ilində xarici dillər istiqaməti üzrə əməkdaşlıq çərçivəsində həyata keçirilmiş layihələrin əhəmiyyəti barəsində geniş şəkildə məlumat verdilər. Qeyd edildi ki, İngilis dilində “Danışıq klublarının “ yaradılmasında əsas məqsəd müxtəlif yaş qruplarından olan şagirdlərin məktəbdə əldə etdikləri xarici dil biliklərini praktiki danışıq məşğələləri vasitəsi ilə daha da möhkəmləndirmək, məktəblilərin İngilis dilində fikirlərini düzgün və səlis ifadə etməsinə dəstək vermək, ünsiyyət vərdişlərini təkmilləşdirmək və xarici dildə ünsiyyət komplekslərini aradan qaldırmaqdan ibarətdir. Qeyd edək ki, Ümumi təhsil məktəblərində İngils dilində “Danışıq klublarının” yaradılması layihəsi BŞTİ və ABŞ –ın ölkəmizdəki səfirliyinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi