BEYNƏLXALQ MÜƏLLİMLƏR GÜNÜ

5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənəd imzalanmışdır. 1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilmişdir. Bu tarix həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutmuşdur. Müəllim - müqəddəs peşənin sahibi, həm psixoloq, həm siyasətçi, həm şair, həm də bizlərə qayğı ilə yanaşan şəxsdir. Bu gün bu müqəddəs peşə sahiblərinin bayramıdır. İsti, doğma nəfəsləriylə, böyük ürəkləriylə bizlərə qol - qonad verən məhz müəllimlərimizdir. Bizdə məktəb kollektivimiz adından bütün müəllimlərin Beynəlxalq Müəllimlər gününü təbrik edirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi