BİLİK GÜNÜMÜZ MÜBARƏK OLSUN!

Əllərində çanta ilə ilk dəfə məktəbə gələn birincilər bu günü sevinclə və həyacanla qarşılayırlar. İlk dəfə onlar "Vətən" və "Ana" sözlərini yazmağı öyrənəcəklər. Şərəfi, vicdanı, vətən üçün vətəndaşlıq borclarını da burada, müqəddəs elm ocağında öyrənəcəklər.Elinə, torpağına, kökünə bağlılığı fərd olmağı məhz bizlərə müəllimlərimiz öyrədir. İlk zəngin sədaları altında məktəbə daxil olan birincilərin sevincinin həddi -hüdudu yoxdur. Məktəbin direktoru Sədaqət Seyidova tədbirdə iştirak edənləri salamlayaraq yeni dərs ili münasibətiylə müəllim və şagird kollektivinə uğurlar arzuladı. Tədbirdə "Respublika qəzeti"nin müxbiri, hörmətli valdeyinimiz Qədir Aslan valdeyinlər adından çıxış edərək müəllimlərimizə öz təşəkkürünü bildirdi. Tədbirin təşkilatçıları poeziya dərnəyinin rəhbəri Əliyeva Sevinc, xor dərnəyinin rəhbəri Qədirova Sevinc, təlim -tərbiyə işləri üzrə təşkilatçı İsmayılova Sədaqət idi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi