“Step İt Academy Azerbaijan” təhsil infoturu

Aprelin 19-da məktəbimizin informatika müəllimi Mahru Rəcəbova 8 b və 9 b sinif şagirdləri ilə birgə “Step İT Academy Azerbaijan” təhsil müəssisəsində infoturunda olublar. Akademiyanın marketinq meneceri Ağarəhim Poladov “Step İT Academy”nin fəaliyyəti, kompyuter proqramlaşdırılması, dizayn və şəbəkə işi haqqında məlumat verdi, həmçinin uşaqları informasiya texnologiyaları sahəsində uğur qazanmış, dünya şöhrətli alimlər və sahibkarlar haqqında təqdimatlarla tanış etdi. Kiçik kompüter akademiyasının baş müəllimi Nadir Zamanovun Robotexnika ilə bağlı təqdimatı uşaqlar üçün çox maraqlı oldu. Sonda şagirdlərdən Feyzullayev Fərəh və Həsənli Eyvaz kiçik viktorinada onlara verilən sualları düzgün cavablandırdıqlarına görə akademiyada təhsil almaq üçün endirim kuponları qazandılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi