“Xocalıya ədalət” kampaniyası çərçivəsində tədbir

Bu gün məktəbimizdə Heydər Əliyev fondunun əməkdaşı Vüsalə Məmmədovanın iştirakı ilə Xocalı faciəsi ilə əlaqədar Təhsil Nazirliyi və Heydər Əliyev Fondu tərəfindən “Xocalıya Ədalət” kampaniyası çərçivəsində mühazirə təşkil olunmuşdur. Mühazirədə 9,10 və 11-ci sinif şagirdləri iştirak edirdilər. Vüsalə xanım şagirdlərə azərbaycanlı əhalinin ermənilər tərəfindən əsrlər boyu təcavüzə uğraması səbəblərini araşdıraraq tarixi məqamlara nəzər yetirdi. Həmçinin Vüsalə Məmmədova şagirdlərə Xocalı faciəsi haqqında bir daha ətraflı məlumatlar verdi. Keçmiş SSRİ-nin 366- cı motoatıcı alayının köməyi ilə şəhərin ələ keçirildiyini xüsusən vurğuladı. Beynəlxalq terrorçu olan Monte Melikonayanın xocalılara qarşı törətdiyi ağlasığmaz vəhşiliklərindən danışdı.Bununla yanaşı Vüsalə Məmmədova “Xocalıya Ədalət” beynəlxalq maarifləndirmə kampaniyasının Heydər Əliyev fondunun vitse –prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən start verildiyini bildirdi. Bu fondun fəaliyyəti nəticəsində Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmış və xatırlanmışdır
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi