“Narkomaniya ümumbəşəri bəladır”

Bu gün məktəbimizdə Nərimanov PPİ-nin əməkdaşları-idarənin rəisi, polis polkovniki Nəriman İmanov, yetkinlik yaşına çatmayanların işi üzrə bölmənin rəisi polis mayoru Rüstəm Rüstəmov və Polis Veteranlar Şurasının sədri Paşa Kərimov tərəfindən “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda tədbir keçirildi. Tədbirin əsas məqsədi şagirdlərə yetkinlik yaşına çatmayanların inzibati və cinayət qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyəti eyni zamanda yetkinlik yaşına çatmayanların hüquq və vəzifələri aspektində diskusiya xarakterli məqsədyönlü, qabaqlayıcı ümumi profilaktiki söhbtlər aparmaqdır. Polis polkovniki Nəriman İmanov çıxış edərək narkomaniya, onun zərrəli təsirləri haqqda uşaqlara geniş məlumat verdi və uşaqların suallarını cavablandırdı. Daha sonra Polis Veteranlar Şurasının sədri Paşa Kərimov şagirdlərə öz dəyərli tövsiyyələrini verdi. Sonda məktəb direktoru Sədaqət Seyidova çıxış edərək öz adından və müəllim kollektivi adından bu tədbirin təşkilinə görə Nərimanov PPİ – nin əməkdaşlarına öz təşəkkür və minnətdarlığını bildirdi. Sədaqət xanım Seyidova çıxışında vurğuladı ki, bu tədbir gənc nəslin təlim-tərbiyəsinə müsbət təsir edir,zərərli vərdişlərdən, hüquqpozmalardan uzaqlaşdırır və onları milli ruhda tərbiyələndirərək vətəndaş mövqeyi formalaşdırır
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi