Beynəlxalq Təlim Konfransı

2017 – ci il aprelin 8-də Bakıda özəl və dövlət məktəblərində çalışan, xarici dili tədris edən ingilis dili müəllimlərinin Birinci Beynəlxalq Təlim Konfransı keçirildi. XXI əsr Beynəlxalq Təhsil və İnnovasiyalar Mərkəzində konfrans xarici dil tədris edən müəllimlərin metodik qabiliyyətini inkişaf etdirmək, onları təlim prosesində yeni üsullardan istifadə qaydalarına cəlb etmək məqsədilə təşkil olunmuşdu. Bu forumda 600 - ə yaxın müəllim iştirak etdi.Həmin formda məktəbimizin ingilis dili müəllimi Reyhan Rzayeva da iştirak edirdi. Təlimçilər arasında xarici ölkələrdən gələn mütəxəssislər də var idi. Sonra form ayrı – ayrı mövzular üzrə davam etdirildi.Treniqlərdə interaktiv metodlardan istifadə etməklə xarici dilin tədrisi, sürətli və səlis danışıq, dilin qrammatik qurluşunun tədrisində müasir üsullar üzrə təlimlər keçirildi. Sonda sertifikatlar təqdim olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi