“Dəniz kənarı ilə qaçan Alabaş”

10 aprel 2017- ci il tarixdə “Bədii ədəbiyyat bizi tərbiyə edir”devizi altında məktəbimizdə kitab müzakirəsi keçirildi. Müzakirə məktəb kitabxanası və dil – ədəbiyyat müəllimləri Könül Şıxıyeva və Mətanət İsgəndərova tərəfindən təşkil olunmuşdu. Müzakirədə məktəbin 7 və 8- ci sinif şagirdləri iştirak etdilər. Müzakirə üçün dünya şöhrətli, Qırğız yazıçısı Çingiz Aytmatovun “Dəniz kənarı ilə qaçan Alabaş” əsəri seçilmişdi. Şagirdlərin əksəriyyəti əsəri oxumuş və qeydlər aparmışdılar. Onlardan Oruclu Fərid, Həsənov Fərrux, İsmayılova Xədicə, İsmayılzadə Zərxanım, Qədimova Nəzrin, Muxtarova Aygül, Quliyeva Fəridə, Həsənli Eyvaz, Ələkbərzadə Aydan, Ələkbərova Lalə öz fəalıqları ilə seçildilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi