Dahi sənətkar Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə məktəbimizin dərnək müəllimləri və şagirdlərimiz dahi sənətkarın ev muzeyini ziyarət etmişlər.

Hacıbəyli Üzeyir Əbdülhüseyn oğlu Azərbaycanın dahi bəstəkarı, musiqişünas alim, dramaturq, publisist, pedaqoq, ictimai xadim,həmçinin Azərbaycan proffesanal musiqi sənətinin və milli operasının banisi olmuşdur. "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycanda deyil, bütün Şərqdə opera sənətinin əsasını qoymuşdur.  Dahi sənətkarın yubileyi münasibəti ilə məktəbimizin dənək rəhbərləri Ə. Baxşalıyeva, M. Sədullayeva və Ə. Cəfərova dərnək üzvləri ilə birlikdə  ev muzeyini ziyarət etmişlər. Şşagirdlər dahi bəstəkarın həyat və yaradıcılığı ilə yaxından tanış olmuş, ona məxsus şəxsi əşyalar və həyatında böyük rol oynayan fortepianosunu maraqla seyr etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi