“Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyi.

15 aprel 2025-ci il tarixində Nərimanov rayonu, 207 № li tam orta məktəbdə rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyi keçirilmişdir. Yarışın açılış mərasimi Dövlət Himninin oxunması və ərazi bütövlüyümüz uğrunda canından keçmiş soydaşlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb. Tədbirdə 207 № li tam orta məktəbin direktoru Yaqut Müseyibli, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Nərimanov rayonu üzrə gənclər və idman sektorunun müdiri Bahəddin Hüseynov, idarə əməkdaşları, orta ümumtəhsil məktəblərinin hərbi rəhbərləri və şagirdlərdən ibarət “Şahin” komandaları iştirak etmişdir. Yarışın yekun nəticəsinə əsasən qalib komandalara Bakı şəhər Gənclər və İdman idarəsinin diplomları təqdim olunmuşdur. Nərimanov rayon birinciliyinin qalibləri aşağıdakılardır:Əziz şahinlərimiz uğurlarınız davamlı olsun.
I yer: 207 nömrəli tam orta məktəbin komandası; 
II yer: 177 nömrəli tam orta məktəbin komandası;
III yer: Məktəb-Lisey Kompleksinin komandası.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi