ALTERNATİV ENERJİ

Məlumdur ki, müasir dövrün ən mühüm problemlərindən biri bəşəriyyətin enerji təchizatıdır. Dünya elə bir texniki tərəqqi dövründə yaşayır ki, elektrik-enerjisiz həyatımızı təsəvvür etmək mümkün deyil. Elektrik enerjisi istehsal etmək üçün ənənəvi enerji mənbəyi sayılan karbohidrogen ehtiyatlarının uzun illər istifadəsi onların tükənməsinə aparır. Odur ki, alternativ və bərpa olunan enerji mənbələrində istifadə etmək zərurəti yaranır. Suyun, küləyin, günəşin, bioloji tullantıların hətta dəniz dalğalarının enerjisi alternativ enerji resurslarıdır ki, müxtəlif qurğuların köməyilə onlardan istifadə etmək mümkündür. Elktrik enerjisi istehsalında alternativ enerji resurslarından istifadən artıq Azərbaycan dövlətinin diqqətindədir.Yerləşdiyi əlvericli coğrafi mövqə və iqlim şəraiti Azərbaycanda ekoloji təmiz alternativ enerji mənbələrindən istifadə üçün imkan yaradır. 2004-cü ildə “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət proqramı” qəbul edilib.2013-cü ildə ölkədə alternaiv və bərpa olunan enerji sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət agentliyi yaradılıb. 2015-2018-ci illər üçün agentliyin strateji planı hazırlanıb. Azərbaycan Beynalxalq Bərpa olunan Enerji Agentliyinə üzv qəbul edilib, beynalxalq qurumlarda işgüzar əlaqələr qurulub. Azərbaycanda əsas alternativ enerji mənbəyi hesab edilən Günəş enerjisindən istifadə sahəsində son illər çox işlər görülüb. Buna səbəb Azərbaycanda günəşli günlərin sayının çox olmasıdır. Məsələn:Abşeron yarmadasında və Xəzər sahilboyu ərazisində il ərzində bu müddət 2500, NMR-da 2900 saat təşkil edir. Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzinin yaradılması bu sahədəki uğurlu addımdır. 2014 – cü ildə Suraxanı Günəş Elektrik stansiyası yaradılıb. Müasir avadanlıqla təchiz olunan stansiyada elektrik enerjisinin istehlakçıya itkisiz çatdırılması üçün bütün imkanlar yaradılıb. Azərbaycanda külək enerjisindən istifadə edilir. 20 il ərzində külək enerjisindən istifadə etməklə 2,4milyon ton mazuta qənaət etmək və bu zaman 7,5milyon ton karbon qazının atmosferə tullanmasının qarşısını almaq mümkündür. Hazırda su elektrik stansiyaları elektrik enerji istehsalının 12,5% -ni təşkil edir. Mütəxəssislərin hesablamalarına görə ölkədə çaylar üzərində onlarca kiçik SES quraşdırılmaqla ildə 3,2 milyard kvt.saat elektrik enrjisi istehsal etmək mümkündür. Bununla yanaşı Azərbaycan bioqaz, termal sular və dəniz dalğası kimi digər qeyri-ənənəvi enerji ehtiyatlarına malikdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi