31 Mart Azərbaycanlıların Soyqırım Günü

Bildiyiniz kimi Ulu Öndər,mərhum prezidentmiz Heydər Əliyevin 26.03.1998 – ci il tarixli fərmanı ilə 31 mart Azərbaycanlılarının Soyqırım günü kimi qeyd olunur. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi sürətdə qırğına, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XXəsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. 1918 – ci ilin mart ayından etibarən əks inqilabçı ünsürlərlə mübarizə şuarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfi plan həyata keçirilməyə başladı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Azərbaycanlıların soyqırımı Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və başqa bölgələrdə xüsusi qəddarlıqla həyata keçirilmişdir. Bu gün Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Kitabxana əməkdaşları və 207 nömrəli məktəbin 9 –cu sinif şagirdlərinin sinif rəhbəri Zemfira Ələddinova ilə birlikdə hazırladıqları Soyqırıma həsr olunmuş tədbir keçirildi.Tedbiri giriş sözü ilə məktəbin Azərbaycan dili və Ədəbiyyat müəlimi Zemfira Ələddinova açdı.Daha sonra MKS direktor muavini Elekberova Xuraman, iformasiya resurs şöbəsinin müdiri Ağayeva Şəfiqə, böyük kitabxanaçı Aygün Əliyeva çıxış edərək “31 Mart Soyqırımı” haqqda uşaqlara məlumat verdilər və sənədli filim nümayiş etdirildi. Sonda şagirdlər soyqırıma həsr olunmuş sərgi ilə tanış oldular.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi