Novruz bayramınız mübarək.

Novruz baharın ilk günü, təbiətin canlanması, torpağın oyanması bayramıdır. Novruz xalqımızın, milli həmrəyliyimizin rəmzidir. Azərbaycan xalqı Novruz ənənələrinin yaradılmasında, onun qorunub saxlanmasında, milli ruhun dirçəldilməsində, Azərbaycan mədəniyyətinin və mənəviyyatının çiçəklənməsində mühim yer tutan Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətlərini heç zaman unutmur. Ali Baş Komandan, Prezident İlham Əliyev də Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı kimi mədəni-mənəvı irsimizə xüsusi diqqətlə yanaşır.Novruz bayramı Azərbaycanın hər yerində, o cümlədən, erməni faşistləri tərəfindən işğal olunmuş, bu gün isə Ali Baş Komandan İlham Əliyevin əmri ilə müzəffər ordumuz tərəfindən azad edilmiş torpaqlarımızda daha şən və təmtəraqlı keçirilir. Çünki zəfər çalmış xalqın bayramı keçirməsi daha möhtəşəm olur. 207 nömrəli tam orta məktəb ailəsi də bu bayramı xüsusi olaraq təmtəraqla keçirdi. Tədbir məzəli, maraqlı səhnələrlə, şeir və mahnılarla hamının marağına səbəb oldu. Məktəb rəhbərliyi hamıya sağlam əqidəli, işıqlı, xoşbəxt gələcək arzuladı. Daha sonra tonqal yandırıldı. Bütün müəllim və şagirdlər bu tonqalın ətrafənda yallı getdilər. Sağlam təməllər yaradan bu bayram hamının birliyini nümayiş etdirdi. Şagirdlərin əl işləri ,hazırladıqları dekor və sərgi hamının diqqətini cəlb etdi.Bayramınız mübarək olsun, ocağımız sönməsin, ilimiz uğurlu, bərəkətli və əmin-amanlı olsun.