NOVRUZ BAYRAMINIZ MÜBARƏK OLSUN

Tarixi çox qədim olan Novruz bayramı hər il xalqımız tərəfindən böyük təntənə ilə qeyd olunur. Novruz bayramı təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Novruz bayramı əslində baharın ilk günü olub təbiətin canlanması bayramıdır. Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir – birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaratmışdır.Bu bayram munasibətilə də bu gün məktəbimizdə “Novruz bayramınız mübarək olsun” adlı tədbir keçirildi. Tədbirdə ibtidai və yuxarı sinif şagirdləri fəal iştirak etdilər. Onlar Novruz bayramına xas olan adət-ənənələrimizi nümayiş etdirdilər. Kosa və keçəl də bayrama xüsusi sevinc qatdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi