Bank of Baku COP29 ərəfəsində məktəbimizin 5-6-cı sinif şagirdləri üçün ekoloji təlim təşkil etdi.

"Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində  Bank of Baku-nun  “Yaşıl dünya naminə əl-ələ verək!” şüarı ilə məktəbimizdə 5-6-cı sinif şagirdlərini əhatə edən tədbir təşkil edib.
 COP29 ərəfəsində keçirilən tədbirin əsas məqsədi dünyanın gələcəyinin uşaqlar olduğunu nəzərə alaraq, onların da diqqətini dünyanın, ətraf mühitin qorunmasına çəkmək və uşaqlarla birgə yaşıllıq sahələrinin artırılmasına töhfə verməkdir.
 Bir neçə hissədən ibarət olan tədbirdə ilk olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları şagirdlərə biomüxtəliflik, iqlim dəyişikliyi, eləcə də ölkəmizdə baş tutacaq COP29 tədbiri barədə maarifləndirici məlumatlar verib.
 Daha sonra uşaqlar üçün eko təlim təşkil olunub. Təlim müddətində uşaqlar yer planetindəki mühitin kiçildilmiş modeli olan terrariumlar hazırlayıblar. Akvariumlarda təbiətin bir parçası olan müxtəlif materiallarla öz kiçik ekoloji mühitlərini yaradıblar.
 Təlimin sonunda bankın əməkdaşları və şagirdlər məktəbin həyətyanı sahəsində Eldar şamı ağacları əkib.
Tədbirin keçirilməsində dəstəyi olan Bakı şəhər təhsil idarəsinə. Bankofbaku əməkdaşlarına və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələrinə unudulmaz günə görə təşəkkür edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi