Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə keçirilən Vətən müharibəsi qəhrəmanı Şəhid Azad Hümbətovun xatirəsinə həsr olunmuş şahmat üzrə Nərimanov rayon turnirində 1-ci yerə layiq görülən şagirdimiz.
207 saylı orta məktəbin 4-cü sinif şagirdi Kərimli Angelina Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə keçirilən Vətən müharibəsi qəhrəmanı Şəhid Azad Hümbətovun xatirəsinə həsr olunmuş şahmat üzrə Nərimanov rayon turnirində 1-ci yerə layiq görülmüşdür.
Angelina 2 ildir ki, şahmatla məşğul olaraq bir sıra turnirlərdə uğur qazanmışdır. Balaca şahmatçımıza növbəti turnirlərdə yeni qələbələr arzu edirik!