XOCALI SOYQIRIMI

Xocalı soyqırımından 23 il keçir. Məktəbimizdə 1 -ci saat 8 C sinif şagirdi Xəlilov Ceyhun məktəbdaxili radio ilə Xocalı Soyqırımı barədə məlumat verdi və şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi. " Bu gün Xocalı Faciəsinin 23-cü il dönümüdür. Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir. Bu soyqırım zamanı Azərbaycan xalqı minlərlə şəhid qurban vermişdir. 1992 - ci ilin fevralın 25 -dən 26 -na keçən gecə Ermənistan silahlı qüvəlləri SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366 -cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artileriyadan şiddətli atəşə tutuldu. Bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106 -ı qadın, 70-i qoca olmaqla 613 nəfər Xocalı sakini qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi. 25 uşaq hər iki valideyinini, 130 uşaq valideyinlərdən birini itirdi. 1275 xocalı əsir, 150 xocalı itkin düşdü" 26.02.2015 ci il tarixdə saat 11:30 da Xocalı Soyqırımına həsr olunmuş mərasim keçirildi. Mərasimin təşkilatçıları poeziya dərnəyinin rəhbəri Sevinc Əliyeva, Xor dərnəyinin rəhbəri Sevinc Qədirova, Tərbiyə işləri üzrə təşkilatçı rəhbər Sədaqət İsmayılovadır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi