Anım günü.

Müqəddəs Vətən torpaqları – doğma Qarabağımız 30 il müddətində mənfur erməni işğalçılarının  tapdağı altında əzilsə də 2020-ci ilin 27 sentyabrda Cənab Prezindent İlham Əliyevin əmri ilə Milli ordumuz “Dəmir yumruq” adlı hərbi əməliyyata başladı. Hücum nəticəsində qəhraman  döyüşçülərimiz bütün cəbhə boyu əks-hücuma keçərək qısa müddət ərzində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Qarabağın tacı Şuşa şəhərini düşmən işğalından azad etdi. 
  Tariximizə qızıl hərflərlə yazılan bu döyüş nəticəsində 3000-ə yaxın şəhid verdik.
 Hadrut  şəhərinin azad edilməsində məktəbimizin məzunu Səid Rəşidzadə qəhrəmanlıqla şəhid olmuşdur. O, azad edilmiş vətən torpağına bayrağımızı qürurla sancarkən düşmən snayperinə tuş gəldi.
 S. Rəşidzadənin və onun simasında bütün şəhidlərin ruhu qarşısında baş əyirik. And içirik ki,  onların qəhrəmanlıqları, müqəddəs əməlləri heç vaxt hafizəmizdən silinməyəcək, daim qəlbimizdə yaşayacaqlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi