1 iyun -Uşaqların Beynəlxalq Müdafiə Günü.
1 iyun -Uşaqların Beynəlxalq Müdafiə Günü Uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, onların şəxsiyyət kimi formalaşmasının əsasını ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. 1 iyun -Uşaqların Beynəlxalq Müdafiə Gününün ölkəmizdə hər il geniş qeyd edilməsi də məhz bu siyasətdən irəli gəlir. Təsadüfi deyil ki, Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizin qoşulduğu ilk beynəlxalq sənədlərdən biri “Uşaq Hüquqları haqqında Konvensiya”dır. Ölkə Prezidentinin apardığı siyasətə uyğun olaraq, şəhid ailələrinin üzvləri, uşaqlar dövlətin hər cür diqqət və qayğısı ilə əhatələ olunub. Ölkənin Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətində də uşaq hüquqlarının müdafiəsi prioritet istiqamətlərindən biridir. Heydər Əliyev Fondu tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirilir, Fondunun təşəbbüsü ilə qaçqın və məcburi köçkün, şəhid, aztəminatlı ailələrdən olan uşaqlara xüsusi diqqət ayrılır.