VI sinif monitorinq

Bu il məktəbimiz “Monitorinq Məkəzi 207” elan edilmişdir. Monitorinq mərkəzi olaraq bir neçə təhsil müəssisəsinin şagirdlərinin VI siniflər üzrə monitorinqi keçirilmişdir.Monitorinq tədris dili, riyaziyyat və təbiət fənləri üzrə keçirildi. Şagird nailiyyətlərinin yaxşılaşdırılması,VI sinfin sonunda şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi, eyni zamanda keyfiyyətin artırılması istiqamətində tədbirlərin görülməsi monitorinqin əsas məqsədlərindəndir.Monitorinqin tarixi, saatı, imtahan mərkəzi barədə məlamatlar VI sinif şagirdlərinə əvvəlcədən rəhbərlik tərəfindən məlumatlandırılmış və şagirdlər buraxılış vərəqi ilə təmin edilmişdir.
Yüksək peşəkarlığı və səriştəsi ilə monitorinqlərin şəffaf,obyektiv təminatını yaradan Alı Mustafayev adına 202 nömrəli tam orta məktəbin direktoru Gülüstan Vəliyevaya öz dərin təşəkkürümüzü bildiririk.