"Breyn Ring" adlı yarış
Məktəbimizdə şagirdlərin bilik və bacarıqlarının inkişaf etməsi üçün müxtəlif intelektual oyunlar, viktorina və yarışlar təşkil olunur. Belə bir yarışın təşkilatçıları 4"ç" və 4"d"siniflərinin müəllimləri Yerşova Anna və Cəfərova Elmira olmuşlar. "Breyn Rinq" adlanan yarış olduqca maraqlı keçirilmişdir. 5 mərhələdən ibarət olan yarışda şagirdlər öz bilik, bacarıq və istedadlarını nümayiş etdirdilər. Xüsusi ilə musiqi nömrələri hamının zövqünü oxşadı. Cəld və çevik düşüncələrə malik komandaların yarışı hamının həyəcanına səbəb olurdu. Yarışda 4"ç"sinfi 33 xalla qalib oldu. 4"d" sinfi isə 26 xal qazandı.Qalib komanda alqışlandı.