Təbiəti qoruyaq.
Hər bir vətəndaşın borcu təbiəti qorumaqdır.Biz özümüz də təbiətin bir zərrəsiyik. Təbiəti sevdirmək, ona qulluq etmək və hər kəsdə xoş ovqat yaratmaq lazımdır. Məktəbimizin fizika müəllimi Samirə Şabanova da hər bir şagirdin təbiət qarşısında öz vəzifəsini bilməsi ilə əlaqədar olaraq geniş məktəb bağçasında 6"ç" sinfi ilə birlikdə ağaç və güllər əkərək rəngarəng aləm yaratmaqla zövqümüzü oxşamağa çalışmışdır. Samirə Şabanova şagirdlərində belə bir fikir formalaşdırmağa çalışmışdır ki, ağaclar insanların qoruyucusudur. Dərdlərinə məlhəm, sağlamlıqlarının təmizləyicisidir. Ağac və bitki ilə məktəb həyətini zənginləşdirmək, oksigen mənbəyinin zənginləşdirilməsidir. Bağ salmaq, ağac əkmək bizə babalarımızdan qalıb.