Yol Hərəkəti Qaydalarını öyrənək!

 Məktəbimizdə maarifləndirici tədbirlər, layihələr həyata keçirilir. Belə bir layihələrdən biri də Yol Hərəkəti Qaydalarının şagirdlərə öyrədilməsidir. Videoçarx hazırlamaqla şagirdlər daha yaxşı, lakonik yaddaşa malik olurlar.Layihəyə məktəbimizin 3"c" sinfinin sinif rəhbəri Həsənəliyeva Zəminə də qoşulmuşdur. Onunla birlikdə həmin sinifdə təcrübə keçən gələcəyin gənc müəllimləri Pirəliyeva Zeynəb, Ağazadə Elnurə, Ələkbərova Nazənin də həmin layihənin hazırlanmasında köməklik göstərmişlər.
 Layihə"Yol Hərəkəti Qaydalarını bilək!" adlanır. Məktəblilərə yol hərəkəti qaydalarını təbliğ etmək və öyrətmək, onları yol qəzalarından qorumaq məqsədi ilə təşkil olunmuşdur.Marifləndirmə çərçivəsində şagirdlər yol hərəkəti nişanları və nəqliyyat növlərinə aid müxtəlif şeirlər söyləyib, mahnılar oxudular. Səhnəciklər təqdim etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi