Maarif izilə
Məktəbimizdə ADA Universiteti və ADA Fiesta Events tələbə klubu dəstəyi ilə “Maarif izilə” layihəsi çərçivəsində gül bağcası salmasına həsr olunmuş tədbir keçirildi ADA Universitetinin tələbələri və işçi heyəti məktəbin beşinci, altıncı və yeddinci siniflərdə təhsil alan 30 şagirdlə görüşdü. Şagirdlərlə “Leyli və balaca adamın sirri” nağılı əsasında maarifləndirici fəaliyyət həyata keçirildi. ADA Universtetinin Tələbə Xidmətləri şöbəsinin meneceri Günel Əsgərovanın müəllifi olduğu bu nağıl “Maarif İzilə” layihəsi çərçivəsində təbiətə, bitki, gül və ağac əkilməsinə, suyun qorunmasına həsr olunub. Şagirdlərin, məktəb kollektivinin və ADA tələbələrin iştirakı ilə keçirilən təqdimat zamanı məkktəblilərimiz təbiətin planetimiz üçün əhəmiyyətini, suya qənaət, ağaclara və bitkilərə qulluq etmənin vacibliyini müzakirə ediblər.
Tədbirin növbəti hissəsində praktiki fəaliyyətlər həyata keçirilib. Məktəbin həyətində 60 dibçək güldən ibarət rəngarəng bağça salındı.